İranın Buşehr Atom Elektrik Stansiyasında "Rosatom"un üç yüz əməkdaşı qalır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu "Rosatom"un rəhbəri Aleksey Lixaçov bildirib.
O vurğulayıb ki, AES ərazisində vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, "Rosatom" ABŞ və İsrailin İranı bombalamasından sonra Buşehr AES-dəki əməkdaşlarının bir qismini təxliyyə edib.