EN

“Kəpəz” legioner futbolçu ilə müqaviləni ləğv edib

“Kəpəz” futbolçusu Donald Donqo ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə sport24.az-a Gəncə təmsilçisindən informasiya daxil olub.

Əldə etdiyimiz məlumata görə, “sarı-göylər”in baş məşqçisi Azər Bağırov 22 yaşlı yarımmüdafiəçiyə ehtiyac duymayıb. Afrikalı futbolçunun adı klubun rəsmi saytında qalsa da, Peşəkar Futbol Liqasındakı iştirak ərizəsindən çıxarılıb.

Qeyd edək ki, Donqo Kresus Donald ötən ilin avqustunda “Kəpəz”ə keçmişdi. O yalnız cari mövsümün ilk yarısında 10 oyunda (360 dəqiqə) meydanda olub.

İdman.Biz
Chosen
2
1
idman.biz

2Sources