AZ

Kəpəz legionger futbolçu ilə müqaviləni ləğv edib

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Kəpəz" futbolçusu Donald Donqo ilə yollarını ayırıb. Bu barədə Sport24.az-a Gəncə təmsilçisindən informasiya daxil olub. Fildişi Sahilindən olan oyunçu ilə müqaviləyə xitam verilib. Əldə etdiyimiz məlumata görə, "sarı-göylər"in baş məşqçisi Azər Bağırov 22 yaşlı yarımmüdafiəçiyə ehtiyac duymayıb. Afrikalı futbolçunun adı klubun rəsmi saytında qalsa da, Peşəkar Futbol Liqasındakı iştirak ərizəsindən çıxarılıb.Qeyd edək ki, Donqo Kresus Donald ötən ilin avqustunda "Kəpəz"ə keçmişdi. O yalnız cari mövsümün ilk yarısında 10 oyunda (360 dəqiqə) meydanda olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
sport24.az

2Mənbələr