AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda 2-ci liqanın 19-cu turunda baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.
“Araz Saatlı” – “Quba” oyunu “Araz Saatlı"nın formasında problem olması səbəbindən gec başladığına görə klub 150 manat cərimə edilib. "Quba”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib. 85-ci dəqiqədə “Quba”nın 9 nömrəli futbolçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyunluq cəzalanıb, klubu 300 manat cərimə edilib.
“Şirvan” – “Şəki Siti" matçında “Şirvan”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 300 manat cərimə edilib. Oyunda qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.
“Kür-Araz” – “Qaradağ Lökbatan” qarşılaşmasında “Kür-Araz” 5 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat cərimə edilib. 77-ci dəqiqədə “Kür-Araz”ın futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyunluq cəzalanıb, klubu 1000 manat cərimə edilib.
“Ağdaş” – “Şəmkir” oyununun 73-cü dəqiqəsində “Şəmkir”in futbolçusu İbrahim Camalov ikinci sarıdanqırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalanıb, klubu 50 manat cərimə edilib.