EN

“Qarabağ” akademiyasının rəhbəri I liqa klubunun baş məşqçisi oldu

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

I Liqada əmin addımlarla çempionluğa doğru irəliləyən “Şəfa”da tezliklə baş məşqçi dəyişikliyi olacaq.

“Qafqazinfo” Futbolxeber.az-a istinadən xəbər verir ki, komanda Premyer Liqaya vəsiqəni əldən verməsə, baş məşqçi postuna daha təcrübəli mütəxəssis cəlb olunacaq.

Bir müddətdir bu yöndə axtarışda olan “Şəfa” rəhbərliyi artıq istədiyi məşqçini tapıb.

Belə ki, komandanı yeni mövsümdən Aftandil Hacıyev çalışdıracaq. Təcrübəli mütəxəssislə böyük ölçüdə razılıq əldə edilib. Cari mövsüm yekunlaşdıqdan sonra Hacıyevin təyinatının rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, hazırda Elgiz Kərəmlinin çalışdırdığı “Şəfa” 19 turdan sonra 45 xalla I Liqada vahid liderdir. Paytaxt təmsilçisi ən yaxın izləyicisini sona 8 tur qalmış 8 xal qabaqlayır.

Əlavə edək ki, vaxtı ilə futbolçu kimi “Şəfa”da oynamış Aftandil Hacıyev Premyer Liqada 4 il “Səbail”in baş məşqçisi olub.

Xatırdalaq ki, Aftandil Hacıyev 2023-cü ildən “Qarabağ” akademiyasının koordinatoru kimi işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
4
qafqazinfo.az

5Sources