EN

Trampın Bayden parodiyası: “Mən haradayam? Bura haradır?” – VİDEO

ABŞ Prezidenti Donald Tramp siyasi rəqibi, sabiq prezident Co Baydenin səhnə davranışlarını və məkan çaşqınlığını növbəti dəfə sərt parodiya hədəfinə çevirib.

NOCOMMENT.az xəbər verir ki, öz tərəfdarları qarşısında çıxış edən Tramp, Baydenin səhnədə yolu itirməsini və harada olduğunu unudan hərəkətlərini xüsusi aktyorluqla təqlid edərək kütlənin böyük marağına səbəb olub.

Tramp çıxışı zamanı Baydenin səhnəni tərk edərkən yaşadığı tərəddüdləri canlandırmaq üçün dairəvi hərəkətlər edərək onun səsini təqlid edib: “Mən haradayam? Bu, haradır? Ora getməliyəm, yoxsa bura?”. Tramp bu hərəkətləri ilə Baydenin fiziki və zehni hazırlığını bir daha şübhə altına alıb.

Prezident parodiya zamanı ironik ifadələrindən də geri qalmayıb: “O, əslində əla oğlandır, amma mən ona dözə bilmirdim. Çünki o, harada olduğunu belə bilmirdi” – deyərək auditoriyanı güldürüb. Bu çıxış ABŞ-ın daxili siyasətində Trampın hələ də keçmiş rəqibini öz kampaniyasının əsas satira obyekti kimi saxladığını göstərir.


Sara,
NOCOMMENT.az

Chosen
35
nocomment.az

1Sources