EN

Müharibədə ölən və yaralanan İran vətəndaşlarının SAYI AÇIQLANDI

İranda ABŞ və İsrailin hava zərbələri nəticəsində ölənlərin sayı 1 937 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müavini Əli Cəfərian “Al Jazeera“ya kanalına danışıb.
 

Onun sözlərinə görə, həlak olanların 240 nəfəri qadın, 212 nəfəri isə uşaqdır.


Xəsarət alanların sayı isə 24 800-ü ötüb.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.

Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.

İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.

Bizim.Media

Chosen
62
9
bizim.media

10Sources