EN

Rusiyaya işləməyə gedən kişi evinə qayıdanda dəhşət yaşadı: Arvadı...

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Biləsuvar rayonunda 42 yaşlı kişi qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 4-də baş verib. 1984-cü il təvəllüdlü Cəlil həmin gün gecə saat 1 radələrində yaşadıqları evdə arvadı Sevilin (adlar şərtidir – red.) başqa şəxslə votsapda danışması səbəbi ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Cəlili arvadının döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Cəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sevili ilə 2005-ci ildən evlidir və bu evlilikdən 2 övladları var: “Mən ailə üzvlərimi dolandırmaq üçün Rusiya Federasiyasında işləmişəm. Rusiya Federasiyasında olan zaman arvadımın gecə vaxtları votsap mesajlaşma proqramında olduğunu gördüm. Bir neçə dəfə Sevildən gecə vaxtı kim ilə danışmasını soruşdum. O, müxtəlif bəhanələr gətirdi”. Təqsirləndirilən şəxs deyib ki, arvadının yalan danışmasına görə heç kimə demədən 2025-ci ilin noyabrın 3-də Bakı şəhərinə gəlib: “Bakı şəhərindən taksiyə əyləşərək Biləsuvar rayonuna, öz evimə gəldim. Mən noyabrın 4-də, gecə saat 1 radələrində evimin qarşısında taksidən düşdüm. Evin qapısını döydüm. Lakin arvadım qapını açmadığına görə onun mobil telefonuna zəng etdim. Telefon danışığından sonra Sevil qapını açdı. Evə girəndən sonra Sevilin hərkətlərindən şühbələndiyim üçün mobil telefonunu götürək baxdım. Baxan zaman telefonun qalereyasında Sevilin votsap ilə tanımadığım kişi ilə səs yazısını eşitdim”. Cəlilin ifadəsinə görə, daha sonra Sevildən həmin şəxsin kim olmasını və danışmasının səbəbini soruşub: “Sevil həmin şəxsi tanımadığını, lakin bir neçə dəfə danışdığını dedi. Sevilin mənə qarşı etdiklərinə görə aramızda mübahisə başladım. Mübahisə zamanı arvadımın etdiyi əməli boyun almadığna görə kəllə ilə onun ağız nahiyəsinə vurdum. Sonra isə saçından tutaraq yerə yıxdım, qolundan tutub yerlə sürüdüm. Bundan sonra arvadım evdən çıxaraq getdi”.Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Cəlil 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza alıb. Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi, həmçinin Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
73
demokrat.az

1Sources