ain.az, Moderator.az saytına istinadən bildirir.
İran ABŞ tərəfindən irəli sürülən sülh sazişindən imtina edib. Rəsmi Tehran bildirib ki, bu sülh sazişi İranın maraqlarına cavab vermir və bu səbəbdən də qəbul edilə bilməz. Sülh sazişi ilə bağlı öz şərtlərini irəli sürən İran, bu şərtlər təmin edilməyəcəyi təqdirdə müharibəni davam etdirəcəyini bildirib.
Rəsmi Tehranın “sülhün Tramp variantı”ndan imtina etməsi olduqca mühüm məsələdir və bu, İranın çarəsiz vəziyyətdə olduğu, sülh üçün davamlı səylər göstərdiyi ilə bağlı səsləndirilən bütün fikirləri alt-üst edir. ABŞ-ın birtərəfli sülh şərtlərinə Tehranın “yox” deməsi onu göstərir ki, İran ağır zərbələrə hədəf olsa da, hərbi müqavimət gücünü tam itirməyib. Məhz buna görə də ABŞ-ın təklifini rədd edə, öz şərtlərini irəli sürə bilir. Başqa sözlə desək, bu hadisə sübut edir ki, İran ən azından hələ bir müddət müqavimət göstərmək, ABŞ-İsrail zərbələrini dəf etmək və ya bu zərbələr qarşılıq vermək qüdrətindədir. Hansı ki, bu reallıq ABŞ və İsrail üçün yaxşı heç nə vəd etmir.
Xatırladaq ki, İrana qarşı hərbi əməliyyatların uzanması ABŞ-İsrail koalisiyasının maliyyə itkilərini planlaşdırıldığından bir neçə dəfə çox yüksəltməkdə, bu ölkələrin daxilində narazılıq və gərginliyi artırmaqdadır. Bundan başqa, müharibənin davam etməsi ABŞ və İsrail daixlində təhlükəsizliklə bağlı təhdidləri də artırıb ki, bu da ictimai narazılığın daha da kəskinləşməsinə öz təsirini göstərir. Belə olan halda İranın hərbi əməliyyatları davam etdirməsi ABŞ və İsrail üçün yeni hərbi itkilərlə yanaşı, həm də ağır maliyyə itkiləri, daxili qarşıdurma və gərginlik deməkdir.
Bütün bunların ümumiləşdirilməsi onu deməyə əsas verir ki, müharibənin yaxın günlərdə başa çatacağı ilə bağlı gözləntilərin reallaşması üçün heç bir əsas yoxdur və hərbi əməliyyatların davam etməsi İranla yanaşı, ABŞ və İsrail üçün də ağır itkilərlə müşahidə ediləcək.
Seymur ƏLİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.