EN

Azərbaycan millisinin baş məşqçisi Portuqaliya ilə oyundan öncə belə danışdı

 Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov AÇ-2027-nin seçmə mərhələsində sabah Bakıda Portuqaliya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Fiziki baxımdan bu oyuna tam hazırıq. İkinci məsələ, taktiki məsələdir. Bu baxımdan da qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Bircə qalır, mental məsələ. Bu da futbolçuların özlərindən asılıdır. Mən daim futbolçulara deyirəm ki, özünüzə inanın, hədəflərinizi maksimum qoyun. Sadəcə sözlə yox, bunu əməllə meydançada göstərmək lazımdır. Həmişə səmimiyəm. Deyə bilərəm ki, bizim əsas məqsədimiz oyunçularımızı A milliyə hazırlamaqdır. Çünki bura U-21 yığmasıdır. Çox vacib məsələ odur ki, oyunçular pozitiv təcrübə alsınlar və növbəti addımı atanda, onlar mental olaraq qələbələrə hazır olsunlar. Fərqi yoxdur, biz Portuqaliyaya qarşı oynayırıq, yoxsa başqa milliyə. Heç bir rəqib qələbəni bizdən çox istəyə bilməz".

Baş məşqçi son vaxlar yaxşı formada olan U-21 millisinin üzvü Xəyal Əliyevin əsas yığmaya cəlb olunmasına da münasibət bildirib: "Prioritet əsas millidir. Biz də oyunçuları ora üçün hazırlayırıq. Əlbəttə ki, Xəyal bizim üçün çox önəmli futbolçudur. Görürsünüz ki, bizdə hücumda bəzi problemlər var idi. Ağadadaş Salyanski çox az oynayır. Bəzi oyunçuları başqa mövqelərdə oynatmaq məcburiyyətindəyik".

Chosen
7
fanat.az

1Sources