EN

MDU nun məzunu tam 31 ildir bu vəzifəni daşıyır

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda bir vəzifəni uzun müddət daşıyanlardan biri də Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadədir.

Axar.az xəbər verir ki, Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1970-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış Hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib və Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib.

1975–1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987–1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib.

1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilib, 1995-ci ilin yanvar–iyun aylarında və 1996-cı ilin iyun ayından 2000-ci ilin oktyabrınadək qurumun sədri vəzifəsini müvəqqəti icra edib. 2000-ci ilin oktyabr ayında isə TQDK-nın sədri vəzifəsinə təyin olunub.

12 aprel 2016-cı ildə TQDK-nin bazasında yaradılan Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 23 iyul 2024-cü ildə - nizamnamə dəyişikliyindən sonra isə İdarə Heyətinin sədri təyin edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
1
axar.az

2Sources