EN

Salyan sakinindən 1 kiloqrama yaxın marixuana götürülüb

Salyan, 26 mart, AZƏRTAC

Salyanda külli miqdarda marixuana ələ keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ramal Əliyev saxlanılıb.

Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Müxbir - Aydın Yavərzadə

Chosen
73
3
azertag.az

7Sources