EN

Ağdamda mina partladı: Kənd sakini xəsarət aldı

Ağdamda mina hadisəsi baş verib.

MilliYol.az xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
46
3
milliyol.az

10Sources