EN

Qəbələdə FACİƏ: Məişət tullantılarını yandıran 62 yaşlı kişi öldü

Qəbələ rayonunda 62 yaşlı kişi ehtiyatsızlıqdan yanaraq dünyasını dəyişib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Qəbələ şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1964-cü il təvəllüdlü Əzim Hüseynov spirtli içki qəbul edərək məişət tullantılarının toplandığı yerə gedib. O, həmin ərazidəki tullantılara od vurub yandırıb. Daha sonra o, içkinin təsirindən orada yatıb. Nəticədə kişi həmin məişət tullantıları ilə birlikdə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
16
1
far.az

2Sources