EN

Yeni tələblər qüvvəyə mindi - Sürücülük vəsiqəsi tələb ediləcək

Azərbaycanda mopedlərin idarə olunması ilə bağlı yeni tələblər qüvvəyə minib.

Ucnoqta.az xəbər verir ki, “Yol hərəkəti haqqında” Qanuna 9 dekabr 2025-ci ildə edilən dəyişikliklər martın 26-dan etibarən tətbiq olunur.

Yeniliyə əsasən, artıq moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb ediləcək. 

Bununla yanaşı, mopedlər dövlət qeydiyyatına alınacaq və rəsmi şəkildə uçota götürüləcək. Qanunda moped anlayışı daha dəqiq şəkildə müəyyənləşdirilib və onların istismarı ilə bağlı tələblər konkretləşdirilib.

Eyni zamanda, əvvəlki qaydalardan fərqli olaraq, mopedlərin yalnız yolun sağ kənar zolağı ilə hərəkət etməsi tələbi ləğv olunub.

Yeni dəyişikliklərə əsasən, motosiklet və mopedlə daşınan yükün ölçülərinə də məhdudiyyət qoyulub. Belə ki, nəqliyyat vasitəsinin uzunluğu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya idarəetməyə mane olan yüklərin daşınması qadağan edilir.

Chosen
54
6
ucnoqta.az

7Sources