Livanın "Hizbullah" hərəkatının hərbi qanadı Təl-Əviv şəhərində yerləşən İsrail Müdafiə Nazirliyinin Kiriya bazasına raket zərbələri endirdiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumat qruplaşmanın rəsmi "Telegram" səhifəsində dərc olunub.
"Martın 26-da, cümə axşamı saat 01:10-da (Bakı vaxtı ilə saat 03:10) İslam müqaviməti qüvvələri Təl-Əvivin mərkəzindəki İsrail Müdafiə Nazirliyinə məxsus Kiriya qərargahını hədəfə alıb", - deyə bəyanatda qeyd olunub.
"Hizbullah"ın yaydığı məlumata əsasən, şəhərin yaxınlığında qərarlaşan hərbi kəşfiyyat kazarmalarına qarşı da müxtəlif növ raketlər tətbiq olunmaqla hücum təşkil edilib.
"Cebheinfo.az"