EN

Almaniya Hörmüz boğazında əməliyyatlarda iştirak edəBİLƏR

Almaniya Silahlı Qüvvələri Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üzrə potensial əməliyyatlarda iştirak edə bilər.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius danışıb.

“Atəşkəs haqqında razılaşmaya nail ola bilsək, təhlükəsizliyin təmin olunması, o cümlədən Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin edilməsi üçün silahlı qüvvələrin səfərbər olunması ilə bağlı istənilən variantı müzakirə edəcəyik”, - deyə Pistorius bildirib.

Bununla belə almaniyalı nazir xüsusi olaraq vurğulayıb ki, Berlin İsrail və ABŞ-nin İrana qarşı başlatdığı müharibəyə qoşulmayacaq.

Onun sözlərinə görə, bu iqtiqamətdə məsləhətləşmələr əvvəlcədən aparılıb və İrandakı müharibə Almaniyanın müharibəsi deyil.

Chosen
15
4
redaktor.az

6Sources