EN

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

İstanbul Boğazında yerləşən və "Kurtlar Vadisi" serialı ilə yaddaşlara həkk olunan Abud Əfəndi yalısı satışı ilə gündəmə gəlib.

Musavat.com  "Haber Global"a istinadən xəbər verir ki, tarixi malikanənin 15,23%-lik payı 170 milyon TL qiymətinə satışa çıxarılıb.

Üsküdarın Kandilli sahilində yerləşən və Boğazın mavi suları ilə əhatə olunmuş bu tarixi tikili dron vasitəsilə havadan görüntülənib.

Özünəməxsus memarlığı ilə seçilən bina 1835-1855-ci illər arasında Osmanlı saray memarlığının nümayəndələrindən biri olan Qarabet Balyan tərəfindən inşa edilib.

İki mərtəbəli taxta strukturu, ağ fasadı və qırmızı kirəmitli damı ilə diqqət çəkən yalı Boğazın ən seçkin mülklərindən biri hesab olunur.

Tarixi keçmişi və memarlıq xüsusiyyətləri

Malikanə 1900-cü ildə Mehmet Abud Əfəndi tərəfindən satın alınaraq 1981-ci ilə qədər Abud ailəsinin iqamətgahı kimi istifadə edilib.

Təxminən 1500 kvadratmetrlik ərazidə yerləşən binanın 540 kvadratmetr ümumi istifadə sahəsi var. Binanın alt mərtəbəsində iki ayrı qayıq dayanacağı, üst mərtəbəsində isə geniş salon və otaqlar yerləşir.

Dron görüntülərində yalının geniş sahil platforması və simmetrik pəncərə düzümü aydın görünür. Həmçinin binanın yanındakı yardımçı tikililər və arxa baxçadakı yaşıl zona da tarixi abidənin əzəmətini tamamlayır.

Serialların simvolik məkanı

Abud Əfəndi malikanəsi xüsusilə "Kurtlar Vadisi" serialındakı səhnələrlə geniş kütlə tərəfindən tanınıb. Serialda güc və hakimiyyəti simvolizə edən "Konsey" iclaslarının keçirildiyi bu məkan illər ərzində televiziya tarixinin ən ikonik yerlərindən birinə çevrilib.

Hissələrinin satışa çıxarılması ilə yenidən diqqət mərkəzinə düşən mülkün həm tarixi əhəmiyyəti, həm də populyar mədəniyyətdəki yeri onun investisiya dəyərini daha da artırır.

Mütəxəssislər Boğaz xəttindəki bu növ tarixi tikililərin qiymətinin hər keçən gün artdığını vurğulayırlar.

Musavat.com

Chosen
31
2
musavat.com

3Sources