EN

"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubunda - FOTO

Türkiyənin "Konyagücü" futbol klubu azərbaycanlı oyunçu Denis Ədilovu heyətinə qatdığını rəsmən elan edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yayılan məlumatda azərbaycanlı yarımmüdafiəçinin yeni klubunda yaşıl meydanlara 11 nömrəli forma ilə çıxacağı vurğulanıb.

Xatırladaq ki, 21 yaşlı gənc futbolçu ötən ilin yay transfer pəncərəsində "Qarabağ" klubuna keçid etmişdi.

"Cebheinfo.az"

Chosen
28
3
cebheinfo.az

5Sources