EN

ABŞ-İran müharibəsi danışıqlarla bitməyəcək – SON dəqiqə açıqlaması

ABŞ, İsrail-İran müharibəsi bu gecədən daha şiddətli vəziyyət alıb. Tehran da daxil olmaqla, İranın ən böyük şəhərləri çoxsaylı hava hücumlarına məruz qalıb.

"Ash-Sharq" televiziyası Tehranda, şimal-şərqdə Məşhəddə, mərkəzi bölgədə İsfahanda, eləcə də cənubdakı Şiraz şəhərində və İranın Fars körfəzindəki ən böyük liman şəhərlərindən biri olan Bəndər Abbasda intensiv bombardmanlar davam etdiyinə dair məlumat yayıb. İran isə İsrailin paytaxtına bombalamağı şiddətləndirib, nazirliklərin binalarını vurub. Danışıqlar gözlənildiyi bir vaxtda vəziyyətin daha da kəskinləşməsi gözlənilən idimi? Tərəflər bu yolla danışıqlar masasına daha güclü əllə oturmaq istəyi?

İki

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, ABŞ-nin və İranın danışıqlarla bağlı bir-birinə göndərdiyi tələblərdən sonra vəziyyətin kəskinləşəcəyi tamamilə gözlənilən idi:

“Ancaq burada məqsəd danışıqlar masasına daha güclü oturmaq deyil. İrəli sürülən tələblər göstərirdi ki, bu cür mövqe tutan tərəflərin danışıqlar masasına oturması qeyri-mümkündür. Nə İran ABŞ-nin irəli sürdüyü tələbləri müzakirə eləyə bilər, nə də ABŞ İranın tələblərini müzakirə edə bilər. Burada müzakirə olunacaq bir şey yoxdur. Hər iki tərəf müzakirənin olmaması üçün də əlindən gələni edir. ABŞ vaxt qazanmaq istəyir. Çünki o tələblər ki, İranın qarşısına qoyulub, onları müharibədən əvvəl İran müzakirə eləmək istəmədi. İndi özünü qalib sayırsa, qalib elan eləmək istəyirsə bu tələbləri niyə müzakirə eləməlidir? Yaxud İranı məhv etdiyini söyləyən ABŞ İranın reallıqdan tamamilə uzaq tələblərini niyə müzakirə eləməlidir? Aydındır ki, nə ABŞ, nə də İran müharibəni danışıqlar yolu ilə bitirmək istəmirlər, yaxud elə tələblər irəli sürürlər ki, sonradan onlardan bir qədər azına nail olub özlərini qalib elan eləsinlər. Ancaq bu cür tələblərlə müzakirə başlamaq olmaz”.

Analitikin fikrincə çox güman ki, ABŞ yaxın zamanlarda Xarq adasına hücum etmək qərarına gəlib:

“Bu adanı ələ keçirdikdən sonra ABŞ əlinin daha da güclənəcəyini güman edir. İran isə Xarq adasının müdafiəsini gücləndirmək üçün addımlar atır. Hər iki tərəf anlayır ki, bundan sonra əsas döyüş Xarq adası uğrunda olacaq və bu döyüşə daha yaxşı hazırlaşmaq üçün hər iki tərəfə vaxt lazımdır. Çox güman ki, tərəflərin bu cür davranışı müharibənin ən azı iki üç həftə də uzanmasına gətirib çıxaracaq”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
54
50
musavat.com

10Sources