GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
XVII əsrdə yaşamıış məşhur fransalı muşketyor d’Artanyanın skeleti yüksək ehtimalla Niderlandın cənubundakı Maastrixt şəhərinin kilsəsində aşkar edilib.
Globalinfo.az bildirir ki, Oxu.az bu barədə NOS telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına əsasən, qalıqlar fevral ayında kilsədə döşəmənin qismən çökməsindən sonra aparılan təmir işləri zamanı aşkar edilib. Skelet əvvəllər kilsənin qurbangah yerləşdiyi hissəsində tapılıb. O dövrdə qurbagahın altında yalnız zadəgan və ya nüfuzlu şəxslər dəfn edilirdi. Bundan başqa, sinə nahiyəsində muşket gülləsinin qalıqları, cəsədin yanında isə fransız sikkəsi aşkar edilib.
Arxeoloqların məlumatına görə, söhbət, Fransa kralı XIV Lüdovikin yaxın adamı və kral muşketyorlarının komandiri Şarl de Bats de Kastelmordan, qraf d’Artanyandan gedir. Ehtimal olunur ki, o, 1673-cü ildə Maastrixtin mühasirəsi zamanı, sinə və ya boğaz nahiyəsindən aldığı yara nəticəsində həlak olub. Hesab edilir ki, davam edən döyüş əməliyyatları səbəbindən onun cəsədi öldüyü yerdə dəfn edilib, lakin dəfnin dəqiq yeri indiyədək məlum deyildi.
Tapılan qalıqların şəxsiyyətini təsdiqləmək üçün DNT nümunəsi götürülüb. Tədqiqatın nəticələrinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
D’Artanyan Fransanın milli qəhrəmanı sayılır və Aleksandr Dümanın 1844-cü ildə nəşr edilmiş “Üç muşketyor” romanı sayəsində dünya şöhrəti qazanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.