EN

Gecə xoruldayırsansa, risk altındasan

Yuxu zamanı xoruldama bir sıra ciddi xəstəliklərin yaranma riskini artırır.

Azreform.info xəbər verir ki, bu barədə somnoloq Aleksandr Palman "KP.RU"ya müsahibəsində danışıb.

Həkim bildirib ki, xoruldama özü xəstəlik deyil, lakin yuxu zamanı tənəffüs pozğunluğunun əlaməti ola bilər. Bəzi hallarda xoruldama apnoeyə çevrilir — bu zaman nəfəs müvəqqəti dayanır və bu hal gecə ərzində bəzən yüzlərlə dəfə təkrarlana bilər. Nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır.

Ekspertin sözlərinə görə, belə pozğunluqlar zamanı yuxu fasilələrlə olur və insan tam dincələ bilmir. Bu isə daimi yorğunluğa, diqqətin azalmasına və infarkt, insult, həmçinin hipertoniya kimi ciddi xəstəliklərin riskinin artmasına səbəb olur. Apnoenin ən çox rast gəlinən səbəblərindən biri isə artıq çəkidir.

Mütəxəssis vurğulayıb ki, xüsusilə xroniki yorğunluqla müşayiət olunan xoruldama həkimə müraciət etmək və müalicə almaq üçün ciddi siqnaldır.

Həmidə İbrahimova

Chosen
22
2
azreform.info

3Sources