EN

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu

Türkiyəyə məxsus "ALTURA" adlı neft tankerinə dron zərbəsi endirilib.

Bizim.Media "Sözcü"yə istinadən xəbər verir ki, tanker İstanbul Boğazından 26 kilometr məsafədə vurulub.

Məlumata görə, gəminin bəzi hissələri zərər görsə də, heyət üzvləri arasında ölən və yaralanan yoxdur.

Qeyd edək ki, Rusiyadan yola çıxan tankerdə 140 min ton neft yükü olub.

Hücumun kim tərəfindən törədildiyi ilə bağlı hər hansı açıqlama verilməyib.

Bizim.Media

Chosen
50
1
bizim.media

2Sources