"Real"ın və Uels millisinin keçmiş meneceri Con Toşak ağır xəstəliyə tutulub.
QOL.az xəbər verir ki, bunu onun oğlu Kameron Toşak "Daily Mail"ə açıqlamasında deyib.
Onun sözlərinə görə, atasına demensiya diaqnozu qoyulub. Demensiya yaddaşın və əqli qabliyyətin azalmasıdır.
"Bu, dəhşətli bir xəstəlikdir. Biz onun təsirlərini qısamüddətli yaddaşında görürük. Mən onunla ən çox danışıram. Nahardan sonra danışsaq, səhər danışdığımızı xatırlamaya bilər", - deyə Kameron Toşak bildirib.
77 yaşlı Con Toşak 2013-cü ildə "Xəzər Lənkəran"da işləyib. O, müxtəlif illərdə "Real"ı çalışdırıb. Toşakın rəhbərliyi altında  Madrid klubu 1989-90-cı illərdə İspaniya çempionluğunu qazanıb.