İran Prezidenti Məsud Pezeşkian son hadisələrlə bağlı tutduğu mövqeyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Məsud Pezeşkian bu barədə "X" platformasında türk dilində paylaşım edib.
"Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təcavüzkar sionist rejimi (İsrail - red.) qınamaq məsələsində qətiyyətli mövqeyi təqdirəlayiqdir. Qardaş türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Bu şərəfli yolu birlikdə davam etdirəcəyik", - deyə paylaşımda vurğulanıb.
