ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
QoçGünə çətin start verəcəksiniz. Səhər saatlarında diqqəti toplamaq müşkülə çevrilir, planlar tez-tez pozulur. Əsas işlərə köklənmək istədiyiniz anda xırda, amma qaçılmaz məsələlər ortaya çıxır. Kimlərəsə kömək etmək məcburiyyəti də əlavə yük yaradır. Günün ritmi xaotik olacaq, tələskənlik artacaq. Bu isə səhv riskini yüksəldir. Hər addımı diqqətlə yoxlamaq vacibdir, çünki sonradan düzəliş etmək üçün vaxt tapmaq çətinləşəcək. Günün ikinci yarısında vəziyyət bir qədər sabitləşsə də, ehtiyatlı davranmaq əsas şərt olaraq qalır.BuğaÜmumi fon ağır olmasa da, xırda narahatlıqlar bir-birini əvəz edəcək. Ən çox gərginlik iş münasibətlərində hiss olunacaq. Həmkarlarla anlaşılmazlıq, rəhbərliklə fikir ayrılığı mümkündür. Köhnə tərəfdaşlarla münasibətlərdə də soyuqluq yarana bilər. Bəzi qərarları tələsik vermək istəyi yaransa da, bu addım sonradan peşmanlıq yarada bilər. Səhər saatlarında səbrli olanlar günün ikinci yarısında daha rahat olacaq. Axşam isə faydalı söhbətlər və dəyərli məsləhətlərlə yadda qala bilər.ƏkizlərHadisəli gün gözlənilir. Gözlənilməz dəyişikliklər ilk anda narahatlıq yaratsa da, sonradan bunun müsbət tərəfləri üzə çıxacaq. Ətrafdakılar istəmədən sizi yanlış istiqamətə yönəldə bilər, buna görə qərarları özünüz vermək daha doğru olacaq. Səhər saatlarında emosional həssaslıq artacaq, tənqidlər sizi incidə bilər. Günün ortasından sonra isə vəziyyət dəyişəcək, dəstək görəcəyiniz insanlar ortaya çıxacaq və işlər daha rahat irəliləyəcək.XərçəngGün yorucu keçəcək. Planlaşdırılmamış məsələlər gündəlik ritmi pozacaq, məişət qayğıları ön plana çıxacaq. Bu həm vaxt, həm də enerji itkisi yaradır. Gözlənilməz xərclər büdcəyə təsir edə bilər. Maliyyə ilə bağlı planlarda gecikmələr mümkündür. İş mühitində mübahisələrdən qaçmaq üçün diplomatik davranış vacibdir. Sizi qıcıqlandırmaq istəyənlər olacaq, amma emosiyalara qapılmadan mövqeni qorumaq daha düzgün seçimdir.ŞirMünasibətlər sahəsində gərginlik yarana bilər. Etibar etdiyiniz insanlar gözlənilmədən məsafə qoya bilər. Hətta ortaq planlar sual altına düşə bilər. Bu vəziyyətdə susmaq problemi daha da böyüdə bilər. Açıq danışmaq və vəziyyəti aydınlaşdırmaq lazımdır. Lazım gələrsə üzr istəmək münasibətləri xilas edə bilər. Günün ikinci yarısında vəziyyəti düzəltmək üçün imkan yaranacaq.QızBu gün sizi ciddi iş yükü gözləyir. Tapşırıqlar çox olacaq və bəziləri düşündüyünüzdən çətin çıxacaq. Amma səbr və ardıcıllıq nəticə verəcək. Maddi baxımdan müsbət dəyişikliklər mümkündür, əlavə qazanc imkanı yarana bilər. Bəzi Qızlar hobbilərini gəlir mənbəyinə çevirmək barədə düşünə bilər. Tərəddüd etmədən addım atmaq vacibdir. Şəxsi münasibətlərdə isə isti və səmimi atmosfer hiss olunacaq.TərəziBir neçə maraqlı imkan eyni anda qarşınıza çıxacaq. Hansını seçmək asan olmayacaq. Başqalarının məsləhəti bu dəfə o qədər də faydalı görünmür, daxili hisslərə güvənmək daha doğru istiqamət verəcək. Günün əvvəlində qeyri-müəyyənlik olsa da, sonradan vəziyyət aydınlaşacaq. Maliyyə və əmlak məsələlərində uğurlu qərarlar vermək ehtimalı yüksəkdir.ƏqrəbGünün əvvəlində kiçik çətinliklər planları ləngidə bilər. Amma bu vəziyyət uzun çəkməyəcək. Əsas məsələ tələskən qərarlardan uzaq durmaqdır. Günün ortasından sonra müsbət dəyişikliklər hiss olunacaq. Maraqlı təkliflər ala bilərsiniz. İlk baxışda qeyri-ciddi görünən variantlar sonradan daha cəlbedici təsir bağışlayacaq.OxatanGün uğurlu başlayacaq. Xoş xəbərlər, maraqlı görüşlər və yeni imkanlar diqqət çəkəcək. İş sahəsində fərqlənmək və çətin tapşırıqları həll etmək şansı yaranır. Bu da diqqətdən kənarda qalmayacaq. Maliyyə məsələlərini günün əvvəlində həll etmək daha sərfəlidir. Axşam saatlarında isə impulsiv xərclər riski artır.OğlaqBu gün aktiv və məhsuldar keçəcək. Tapşırıqlar ard-arda gələcək, amma bu sizi yormaqdan çox motivasiya edəcək. Yeni əməkdaşlıqlar və gözlənilməz tərəfdaşlıqlar gündəmə gələ bilər. Əvvəllər ciddi qəbul etmədiyiniz biri ilə qurulan əlaqə sonradan faydalı nəticələr verə bilər. Gün həm də maraqlı tanışlıqlar və emosional yaxınlaşmalar vəd edir.DolçaGün çətin olsa da, faydalı olacaq. Yeni biliklər qazanmaq və perspektivli insanlarla tanış olmaq imkanı yaranacaq. Bu əlaqələr gələcəkdə mühüm rol oynaya bilər. İş münasibətlərində ehtiyatlı olmaq lazımdır. Hər kəsə dərhal etibar etmək düzgün deyil. Müşahidə qabiliyyəti bu gün xüsusilə önəm daşıyır.BalıqGünün əvvəlində qarışıqlıq hiss oluna bilər. Ətrafdakılar sizdən dəstək gözləyəcək, amma bunu açıq deməyəcəklər. Bu isə əlavə gərginlik yaradacaq. Öz işlərinizə fokuslanmaq ən doğru seçimdir. Vacib və çətin məsələlərin həllinə başlamaq həm diqqəti yayındıran amilləri azaldacaq, həm də uğur qazanmaq şansını artıracaq. Günün sonunda əldə etdiyiniz nəticələr sizi daha güclü mövqeyə gətirəcək.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.