ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Uşaqlarda mütəmadi müşahidə olunan xorulama sadəcə yuxu xüsusiyyəti deyil, sağlamlıq üçün ciddi təhlükə siqnalı ola bilər. Bu hal beyin inkişafına mənfi təsir göstərən ciddi pozuntuların əlamətidir.Demokrat.az-ın məlumatına görə bunu otolarinqoloq Anastasiya Vişnyakova deyib.Həkimin sözlərinə görə, uşaqların təxminən 10-15 faizində epizodik, 5 faizində isə daimi xorulama hallarına rast gəlinir:"Soyuqdəymə zamanı yaranan müvəqqəti xorulama narahatlıq doğurmasa da, proses daimi xarakter alanda təhlükə başlayır. Çox vaxt buna səbəb adenoidlərin (burun əti) böyüməsi, xroniki iltihablar və ya allergik rinit olur. Ən təhlükəli məqam isə yuxu zamanı tənəffüsün qısa müddətli dayanmasıdır ki, bu da qanda oksigenin azalmasına gətirib çıxarır.Uşaq beyni oksigen çatışmazlığına qarşı çox həssasdır. Yuxu rejimi pozulan uşaqlarda diqqət dağınıqlığı, yaddaş zəifliyi və öyrənmə çətinlikləri yaranır. Belə uşaqlar dərslərdə tez yorulur, bəzən həddindən artıq əsəbi və ya əksinə, halsız olurlar"Tədqiqatlar göstərir ki, uzunmüddətli tənəffüs pozuntuları ümumi əqli inkişafı ləngidə bilər.Valideynlər övladının həftədə üç dəfədən çox xoruldamasına, ağzıaçıq yatmasına və ya yuxuda həddindən artıq tərləməsinə qarşı diqqətli olmalıdırlar. Səhər baş ağrıları və gün ərzində yuxululuq dahəkimə müraciət etmək üçün əsas səbəblərdəndir.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.