EN

Bu iki ölkə İrana hücum edəcək və müharibəyə qoşulacaq

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin İrana qarşı müharibəyə qoşulma ehtimalı müzakirə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Fars körfəzi ölkələri İranın limanlara, enerji obyektlərinə və hava bazalarına endirdiyi zərbələr səbəbindən səbrini itirmək üzrədir. Bununla belə, bu ölkələrin birbaşa münaqişəyə qoşulması yalnız strateji əhəmiyyətli infrastrukturun hədəfə alınması təqdirdə mümkün ola bilər. Hazırda isə bu hədd kifayət qədər yüksək qiymətləndirilir.

Eyni zamanda, Türkiyə bölgədə gərginliyin artmasının qarşısını almağa çalışır. Türkiyənin xarici işlər naziri Hakan Fidan region ölkələri ilə danışıqlar apararaq, onları müharibəyə qoşulmamağa çağırır.

Ankara hesab edir ki, körfəz ölkələrinin münaqişəyə cəlb olunması Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb ola bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
globalinfo.az

1Sources