EN

"Atletiko Madrid"in əsas transfer hədəfi odur

"Tottenhem"in müdafiəçisi Kristian Romero karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, argentinalı ötən yay "Tottenhem"lə müqaviləsini 30 iyun 2029-cu ilə qədər uzadanda, yalnız "Atletiko Madrid" üçün nəzərdə tutulan 60 milyon avroluq transfer bəndini istəyib.

Müdafiəçinin bu yay yenidən "Atletiko Madrid"in əsas transfer hədəflərindən biri olacağı gözlənilir. Madrid klubu da artıq futbolçunun agenti ilə ilkin danışıqlar aparıb.Romeronun özü Madrid klubuna keçmək üçün əlindən gələni edir.

Kristian Romero 2022-ci ildə "Atalanta"dan "Tottenhem"ə 52 milyon avroya keçib. Bu mövsüm argentinalı bütün yarışlarda "Tottenhem"in heyətində 31 oyuna çıxıb, altı qol vurub və dörd məhsuldar ötürmə edib.

Chosen
25
90deqiqe.az

1Sources