Biləsuvarda baş verən qəzada yaralananların vəziyyəti açıqlanıb.
Bu barədə Bizim.Media-ya Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 25.03.2026-cı il tarixində saat 15:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Hazırda digər 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Xatırladaq ki, bu gün Ələt–Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə “Mercedes” və “Ssang Yong Rexton” markalı avtomobillərin iştirakı ilə qeydə alınıb.
Sabutay, Bizim.Media, Cənub bürosu