Bu gün axşamdan etibarən hava şəraiti dəyışəcək.
Xezerxeber.az-ın məlumatına görə, Bakıda və Abşeron yarmadasında intensiv yağış gözlənılır.
Bölgələrdə də yağıntılı hava hökm sürəcək. Bəzi dağ çaylarından qısa müddətli sel keçəcək.
Fövqəladə Hallar Nazirliyi də yaxın günlərdə Azərbaycanda gözlənilən hava şəraitinə görə əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, sel və daşqın təhlükəsi olan yerlərdən uzaq durmaq, bu təhlükiilə üləşdikdə yaxınlıqdakı hər hansı yüksəkliyə qalxmaq tövsiyə olunur. Nazirlikdən həmçinin bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi yarandığı da qeyd edilib. Vətəndaşlara belə yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.