EN

İran Trampın atəşkəs təklifini qəbul etməyib, öz şərtlərini irəli sürüb » AzadMedia.az


İran Trampın atəşkəs təklifini qəbul etməyib, öz şərtlərini irəli sürüb.

Bu barədə İran hökumətinin rəsmisi Press TV-yə danışıb.

Mənbənin məlumatına görə, rəsmi Tehran müharibənin bitmə tarixinin və şərtlərinin yalnız İran tərəfindən müəyyən edilə biləcəyini ABŞ tərəfinə çatdırıb.

“İran ABŞ prezidentinə müharibənin nə vaxt bitəcəyini diktə etməyə imkan verməyəcək. İran müharibəni özü qərar verdiyi zaman və yalnız öz şərtləri yerinə yetirildikdə bitirəcək”, - Press TV-yə danışan iranlı rəsmi vurğulayıb.

O əlavə edib ki, Tehran tələbləri yerinə yetirilənədək müdafiəni davam etdirmək və düşmənə “ağır zərbələr” endirmək niyyətindədir.

Rəsminin sözlərinə görə, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışıb və Tehran tərəfindən “həddi aşan” və ABŞ-ın döyüş meydanındakı uğursuzluqları ilə uyğun gəlməyən təkliflər irəli sürüb.
Chosen
1
12
azadmedia.az

10Sources