EN

Kürdəmirli Vətən müharibəsi qazisinin ailəsində xoş xəbər

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Kürdəmir rayonundan olan Vətən müharibəsi qazisi Əmrah Əliyevin ailəsində sevindirici hadisə baş verib.

Globalinfo.az Bolgetv.com-a istinadla xəbər verir ki, qazimizin qız övladı dünyaya gəlib.

Qeyd edək ki, bundan öncə Əmrah Əliyevin ailəsində 3 yaşlı bir qız övladı da var idi. Yeni doğulan körpə ilə birlikdə ailənin sevinci daha da artıb.

Vətən müharibəsində göstərdiyi şücaət ilə xalqımızın qürur mənbəyinə çevrilən qazimizin ailəsində baş verən bu xoş hadisə yaxınları və onu tanıyanlar tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.

Yeni doğulan körpəyə uzun ömür, can sağlığı, ailəsinə isə xoşbəxtlik və firavan günlər arzulayırıq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
globalinfo.az

1Sources