EN

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Gədəbəyin Slavyanka kəndində oğlunu öldürməkdə ittiham olunan atanın məhkəmə araşdırması sona çatıb.

Ölkə.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, məhkəmə istintaqı ilə atanın cinayəti sübuta yetirilib.

Bu hadisə 4 ay əvvəl baş verib. İttihamda yazır ki, 60 yaşlı İlqar İlyasov 37 yaşlı oğlu Rəşadı mübahisə zəminində qətlə yetirib.

Mübahisənin səbəbi isə həmin an sərxoş vəziyyətdə olan Rəşadın atasına işlədiyi halda qazanc əldə etməməsi ilə bağlı irad tutması olub. Oğlunun bu və başqa iradlarına dözməyən ata onu bıçaqlayaraq həyatdan məhrum edib.

Chosen
7
9
olke.az

10Sources