EN

“ABŞ-ın şirin dillə apardığı nüvə danışıqlarını rədd etdik, düz elədik” –Kim Çen İn

ABŞ-ın İranla müharibəsi Şimali Koreyanın nüvə silahlarını saxlamaq qərarının doğru olduğunu sübut etdi.

Azpost.info-nun məlumatına görə, bu sözləri Şimali Koreya lideri Kim Çen In Ali Xalq Məclisindəki çıxışında bildirib.

Kim Çen In Vaşinqtonu “dövlət terrorizmi və təcavüzü”ndə günahlandırıb.

“Mövcud vəziyyət Şimali Koreyanın ABŞ-ın təzyiqi və şirin dil tökərək nüvə arsenalından imtina etməyə yönəlmiş  danışıqları rədd etmək üçün bütün əsaslarının olduğunu açıq şəkildə sübut edir”- deyə Kim Çen In bildirib.

O əlavə edib ki, Şimali Koreyanın nüvə statusu artıq “geri dönməzdir”.

AzPost.az

Chosen
23
1
azpost.info

2Sources