EN

“Neftçi”də qol sevinci zamanı yaralanmışdı Karyerasını bitirdi

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“Neftçi”nin sabiq futbolçusu Brayan Moreno aktiv futbolçu karyerasını başa vurub.

“Qafqazinfo” xəbər verir ki, kolumbiyalı forvard “Neftçi”də oynadığı dövrdə 2024/2025 mövsümündə “Səbail”lə görüşdə qol sevinci zamanı xəsarət almışdı. Sonradan forvard əməliyyat edilmişdi. Amma o, heç cürə bərpa oluna bilməmişdi.

2024-cü ilin oktyabrında isə Moreno ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdi.

O, “Neftçi”nin heyətində 18 matçda 4 qol vurmuşdu. Moreno zədəsini sağalda bilmədiyi üçün karyerasını yekunlaşdırıb. 26 yaşlı hücumçu “Neftçi”yə 2024-cü ildə ÇSKA-dan (Sofiya) keçmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
5
qafqazinfo.az

6Sources