AZ

“Neftçi”də qol sevinci zamanı xəsarət almışdı - Karyerasını bitirdi

“Neftçi”nin sabiq futbolçusu Brayan Moreno aktiv futbolçu karyerasını başa vurub.

Sitat.info xəbər verir ki, kolumbiyalı forvard “Neftçi”də oynadığı dövrdə 2024/2025 mövsümündə “Səbail”lə görüşdə qol sevinci zamanı xəsarət almışdı. Sonradan forvard əməliyyat edilmişdi. Amma o, heç cürə bərpa oluna bilməmişdi.

2024-cü ilin oktyabrında isə Moreno ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdi.

O, “Neftçi”nin heyətində 18 matçda 4 qol vurmuşdu. Moreno zədəsini sağalda bilmədiyi üçün karyerasını yekunlaşdırıb. 26 yaşlı hücumçu “Neftçi”yə 2024-cü ildə ÇSKA-dan (Sofiya) keçmişdi.

Seçilən
1
5
sitat.info

6Mənbələr