EN

Azərbaycan üzgüçüləri Gürcüstanda 47 medal qazandı

Azərbaycan üzgüçüləri Gürcüstanda keçirilən Kutaisi Açıq Yaz Kubokunda uğurlu çıxış ediblər.

Üzgüçülük Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, millimiz yarışda ümumilikdə 47 medal qazanıb. Bunlardan 18-i qızıl, 19-u gümüş, 10-u isə bürünc əyarlıdır.

Yarışda ölkəmizi 8 idmançı – Fərhad Şirməmmədli, Mehri Əbdürəhmanlı, Süleyman İsmayılzadə, Anastasiya Qnusina, Arif Tapdıqov, Mehdi Muxtarlı, Safiya Səmədova və Yusif Sofiyev təmsil ediblər.

Süleyman İsmayılzadə ümumi kateqoriya üzrə, Fərhad Şirməmmədli isə 2010-cu il təvəllüdlü və daha kiçik yaş qrupu üzrə ən yaxşı nəticə göstərərək kuboka layiq görülüb.

Qeyd edək ki, yarış Azərbaycan üzgüçüləri üçün rekordlarla da yadda qalıb. Mehri Əbdürəhmanlı 50 metr arxasıüstə üzmə növündə 31.47 saniyə nəticə ilə ölkə rekordunu yeniləyib. Süleyman İsmayılzadə isə 400 metr sərbəst üsulda 3:54.70 nəticə göstərərək yeni rekord müəyyənləşdirib.

Chosen
6
4
90deqiqe.az

5Sources