EN

"Beşiktaş" İspaniya millisinin müdafiəçisi üçün danışıqlara başladı

"Beşiktaş" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "Beşiktaş" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

İstanbul nəhəngi artıq Torresin meneceri ilə danışıqlara başlayıb. "Qara qartallar" 29 yaşlı mərkəz müdafiəçisi üçün mövsüm başa çatdıqdan sonra İngiltərə klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Aston Villa" Pau Torresi 2023-cü ilin yayında "Vilyarreal"dan 33 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

saytlarin hazirlanmasi

Chosen
33
1
sportal.az

2Sources