EN

Paşinyan seçkilərdə qələbə qazanacağına əmindir

BAKI, 25 mart. TELEQRAF

“Əminəm ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası qarşıdan gələn parlament seçkilərində qalib gələcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, bu qənaətə son bir ay ərzində xalqla görüşlərinin nəticələrinə əsasən gəlib.

Hökumət başçısı vurğulayıb ki, “Vətəndaş Müqaviləsi” erməni xalqının sülh gündəliyinin həyata keçirilməsinə zəmanət verən yeganə siyasi qüvvədir.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Chosen
32
3
teleqraf.com

4Sources