EN

Biləsuvarda baş verən qəzada 4 nəfər xəsarət alıb

Biləsuvarda iki maşın toqquşub, xəsarət alanlar var.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt–Astara magistralında, Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan “Mercedes” və “Rexton” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “Rexton” markalı avtomobildə olan Qubadlı rayon sakinləri – 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
“Mercedes” markalı avtomobildə olan bir nəfər isə topuq nahiyəsindən xəsarət alıb. Həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda Biləsuvarda
Chosen
24
2
apa.az

3Sources