EN

Qarabağa səfərdə iştirakçılar dağıntılar və bərpa işlərini müşahidə edəcəklər - Hari Mitsidis

Bakı.Trend:

Qarabağa səfər etmək maraqlıdır.

Trend xəbərverir ki, bu fikirləri bu gün “NomadMania”nın təsisçisi HariMitsidis “NomadMania” klubunun illik toplantısında çıxışındadeyib.

O qeyd edib ki, Qarabağ uzun müddət kifayət qədər araşdırılmamışregion kimi qalıb və son illərdə əsasən təhlükəsizlik səbəbindənxarici ziyarətlər üçün qapalı olub.

Mitsidisin sözlərinə görə, təşkilat üzvləri adətən çətin və aztanınmış istiqamətlərə maraq göstərir: “Belə bölgələr müəyyənçağırışlar yaradır və biz hesab edirik ki, onları görməkdəyərlidir”.

Hari Mitsidis Qarabağın tarixi, Birinci və İkinci Qarabağmüharibələri, işğal dövründə yaşayış məntəqələrinin dağıdılması,Xocalı soyqırımı və yüz minlərlə azərbaycanlının məcburi köçkünəçevrilməsi barədə iştirakçılara ətraflı məlumat verib.

O bildirib ki, səfər zamanı iştirakçılar həm dağıntıları, həm dəaparılan bərpa işlərini yerində müşahidə edə biləcəklər.

Toplantıda “Şuşa 2026” adlı ekspedisiya layihəsi haqqında daməlumat təqdim olunub.

Qeyd edilib ki, layihə çərçivəsində xarici səyyahlardan ibarətqrupun işğaldan azad edilmiş ərazilərə səfəri planlaşdırılır.

Ekspedisiya iştirakçılarının Ağdam, Şuşa, Xankəndi və Laçınasəfər edərək bölgənin tarixi, mədəni irsi və yenidənqurma prosesiilə yaxından tanış olmaları nəzərdə tutulur.

Layihənin əsas məqsədi Azərbaycanın turizm imkanlarınıbeynəlxalq auditoriyaya təqdim etmək və Qarabağ regionuna marağıartırmaqdır.

Chosen
40
az.trend.az

1Sources