EN

Azərbaycan və İtaliyanın iş adamları aqrar sahədə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları birbaşa əlaqələrin qurulması, biznes əlaqələrinin genişləndirilməsi, investisiya imkanları, kənd təsərrüfatı, qida və aqrar sənaye sahələrində ticarət dövriyyəsinin artırılması məsələlərini müzakirə ediblər.

Missiya.Az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr Özbəkistanın paytaxtı Daşkənddə "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda aqrobiznes forumunda ikitərəfli (B2B və B2G) və çoxtərəfli görüşlərdə aparılıb.

Məlumata əsasən, "B2B" görüşlərdə meyvəçilik, tingçilik, şərabçılıq, o cümlədən kənd təsərrüfatı texnikası və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan Azərbaycan şirkətləri tərəfindən məhsul və xidmətlər üzrə təqdimatlar keçirilib, potensial tərəfdaşlıq imkanları müzakirə olunub.

Tərəflər ölkələrindəki əlverişli sərmayə mühiti və ixrac potensialı barədə ətraflı məlumat əldə edib, kənd təsərrüfatı sahəsində gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında, aqrar sahəyə investisiya yatırılmasında maraqlı olduqlarını ifadə ediblər.

Chosen
19
8
missiya.az

9Sources