EN

Pezeşkiandan türk dilində paylaşım FOTO

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran Prezidenti Məsud Pezeşkian rəsmi sosial media hesabında Türkiyə türkcəsində paylaşım edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı mövqeyini yüksək qiymətləndirib. Pezeşkian öz müraciətində Ərdoğanı "əziz qardaşım" adlandıraraq, onun "sionist rejimi" qınamaqdakı qətiyyətini xüsusi vurğulayıb.İran və İsrail arasında gərginliyin davam etdiyi bir vaxtda edilən bu paylaşım regionda böyük maraqla qarşılanıb. İran lideri qeyd edib ki, Türkiyə xalqı uzun illərdir İslam dünyası ilə həmrəylik nümayiş etdirməkdə mühüm rol oynayır. O, bu "şərəfli yolun" birlikdə davam etdiriləcəyinə inandığını bildirib.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
54
demokrat.az

1Sources