EN

Ürək tutmaları üçün ən təhlükəli saat açıqlandı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

İnarkt və insult hallarının böyük hissəsi səhər saat 6 ilə 11 radələrində baş verir. Qöttingen Universitetinin professoru, genetik Konstantin Krutovski bildirir ki, bu vəziyyət orqanizmin yuxudan oyanma mərhələsindəki fizioloji dəyişikliklərlə bağlıdır.Demokrat.az xəbər verir ki, alimin sözlərinə görə, oyanmazdan əvvəl bədəndə kortizol hormonunun səviyyəsi kəskin artır. Stress hormonu adlandırılan bu maddə qan təzyiqini qaldırır və ürək döyüntülərini sürətləndirir. Sağlam insan üçün normal sayılan bu proses ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə ciddi fəsadlara yol aça bilər. Səhər saatlarında qan daha tez laxtalanmağa meyilli olur və damarların daralması nəticəsində trombların yaranma riski çoxalır.Ekspertlər xəbərdarlıq edir ki, risk qrupuna daxil olan şəxslər yuxudan duran kimi kəskin fiziki hərəkətlərdən qaçmalıdırlar. Orqanizmə tam oyanmaq üçün ən azı bir saat vaxt vermək lazımdır. Bəzi təzyiq dərmanlarının axşam saatlarında qəbul edilməsi də səhər baş verə biləcək kəskin təzyiq artımının qarşısını almağa kömək edir. Maraqlıdır ki, gecə gec yatıb gec duran şəxslərdə bu kritik zaman kəsiyi bir qədər sonrakı saatlara sürüşə bilər.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
demokrat.az

1Sources