EN

“Volkswagen”  hava hücumundan müdafiə sistemləri üçün komponent istehsalına başlaya bilər

Alman avtomobil nəhəngi “Volkswagen”, minlərlə iş yerini qorumağa imkan verə biləcək istehsalın transformasiyası barədə İsrailin “Rafael Advanced Defence Systems” şirkəti ilə danışıqlar aparır. Oxuməni.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, Volkswagen Osnabryükdəki zavodun yenidən qurulması variantını nəzərdən keçirir, bu zavod əvvəllər bağlanma təhlükəsi ilə üzləşmişdi. Söhbət avtomobil istehsalından hava hücumundan müdafiə sistemləri üçün komponentlərin, o cümlədən "Dəmir Qübbə" kompleksinin elementlərinin istehsalına keçiddən gedir.

Mənbələr qeyd edir ki, belə bir addım, gəlirlərin azalması və rəqabətin güclənməsi fonunda Almaniya avtomobil sənayesi ilə müdafiə sektorunun yaxınlaşmasının ən diqqətəlayiq nümunələrindən biri ola bilər.

Şirkətlər təxminən 2300 iş yerini qorumağı hədəfləyir. Məlumata görə, Almaniya hökuməti bu təşəbbüsü dəstəkləyir. İstehsal, əməkdaşların iş profilini dəyişməyə razı olacağı təqdirdə, 12-18 ay ərzində başlaya bilər.

Almaz Həsənli

Chosen
17
oxumeni.az

1Sources