EN

Orban: Kiyev Rusiya neftinin tranzitini bərpa etməyincə qaz almayacaq

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Budapeşt "Drujba" boru kəməri vasitəsilə Rusiya neftinin tranziti bərpa olunana qədər Kiyevə qaz verilməsini dayandırmaq qərarına gəlib. Müvafiq qərar Nazirlər Kabinetinin növbəti iclası zamanı qəbul olunub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Macarıstanın Baş naziri Viktor Orban açıqlayıb.

"Kiyev neft tranzitini təmin etməyincə Macarıstandan qaz idxal edə bilməyəcək. Biz ölkəmizin enerji təhlükəsizliyini təmin edərək, daxili bazarda yanacağın qiymətini sabit saxlayacaq və qaz tariflərinə tətbiq edilən güzəştləri qoruyacağıq", - deyə hökumət rəhbəri yerli televiziya kanallarında yayımlanan videomüraciəti zamanı bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
oxu.az

2Sources