EN

İrəvan sülhü hüquqi müstəviyə keçirir ŞƏRH

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Konstitusion dəyişiklik sülh sazişinin önünü açır, sərhədlər, kommunikasiyalar və təhlükəsizlik məsələləri ön plandadır

Müstəqillik Bəyannaməsinə istinad Ermənistanın yeni Konstitusiyasının preambulasından çıxarılacaq. Bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan deyib. Deputat Ermənistanın əsas qanununda bu dəyişikliyin Azərbaycanın tələbi əsasında ediləcəyini bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğunu açıqlayıb.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib.

Azərbaycan-Ermənistan arasındakı sülh prosesini şərh edən politoloq Ülviyyə Zülfiqar Sherg.az-a bildirib ki, hazırkı mərhələdə artıq tərəflər arasında əsas müzakirə mövzusu təkcə siyasi məsələlər deyil, konkret hüquqi və institusional addımlardır:

"Ermənistan daxilində Konstitusiya səviyyəsində dəyişikliklərin müzakirəyə çıxarılması onu göstərir ki, rəsmi İrəvan sülh gündəmini daxili hüquqi müstəviyə daşımağa başlamaq niyyətinə start vermiş ola bilər. Bu isə prosesin real mərhələyə keçdiyini göstərən siqnal ola bilər. Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyanın preambulasından çıxarılması məsələsi xüsusilə həssasdır, çünki bu sənəd uzun illər işğal siyasətinin əsaslarından biri kimi qəbul olunurdu. Əgər belə bir dəyişiklik baş verərsə, bu, Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən arqumentlərin aradan qaldırılması olar. Bu baxımdan, bu addım sülh sazişi üçün əsas maneələrin aradan qaldırılması istiqamətində mühüm irəliləyiş sayıla bilər".

Ü.Zülfiqar qeyd edib ki, sülh prosesi sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, təhlükəsizlik mexanizmləri kimi məsələləri də paralel şəkildə ehtiva edir:

"Konstitusion dəyişiklik bu prosesdə etimadın formalaşmasına və tərəflər arasında siyasi-hüquqi uyğunsuzluqların azaldılmasına xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
sherg.az

1Sources