EN

İran bu iki nəfərlə danışıqdan imtina etdi

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

İran tərəfi ABŞ-ın yeni administrasiyası ilə danışıqlarda xüsusi elçi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerlə əməkdaşlıqdan imtina edib."CNN" telekanalının məlumatına görə, rəsmi Tehran bu şəxslərin əvəzinə vitse-prezident Ceyms Devid Vensi əsas həmsöhbət kimi görmək istəyir. İran tərəfi qeyri-rəsmi kanallar vasitəsilə çatdırıb ki, Uitkoff və Kuşnerlə aparılan müzakirələr etimadın aşağı olması səbəbindən heç bir nəticə verməyəcək.Tehranın bu mövqeyi daha əvvəl İsrail və ABŞ-ın hərbi əməliyyatlarından öncə baş tutan danışıqların uğursuzluğu ilə əlaqələndirilir. İran rəsmiləri hesab edirlər ki, Ceyms Devid Vens hərbi münaqişəni tez bir zamanda bitirməkdə daha maraqlı tərəf kimi görünür. Onun hərbi müdaxilələrə qarşı daha təmkinli mövqeyi Tehran üçün onu daha münasib diplomatik tərəfdaşa çevirib.Buna baxmayaraq, ABŞ prezidenti Donald Tramp danışıqlarda şəxsən iştirak etdiyini və komandasında həm Vensin, həm də Kuşnerlə Uitkoffun yer aldığını bildirib. Ağ Evdən verilən açıqlamada vurğulanıb ki, danışıqlar komandasını yalnız prezident müəyyən edir. Hazırda tərəflər arasında mümkün atəşkəs planı üzrə müzakirələrin Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilməsi ehtimalı nəzərdən keçirilir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
59
demokrat.az

1Sources