EN

Pezeşkiandan Ərdoğanla bağlı PAYLAŞIM – FOTO

İran prezidenti Məsud Pezeşkian rəsmi “X” hesabında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı nümayiş etdirdiyi mövqe ilə bağlı paylaşım edib.

Pezeşkian Türkiyə prezidentinin qətiyyətli addımlarını yüksək qiymətləndirib.

“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın sionist rejimin cinayətlərini pisləyən qəti mövqeyi təqdirəlayiqdir. Qardaş türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Allahın izni ilə bu şərəfli yolu birlikdə davam etdirəcəyik”, – paylaşımda deyilir.

İran dövlət başçısı iki ölkə arasındakı mənəvi və siyasi bağlılığın bu mübarizədə mühüm amil olduğunu vurğulayıb.

Musavat.com

Chosen
18
1
editor.az

2Sources